"Neftçi" Antalyadakı toplanışa itkilərlə yollanıb
“Neftçi” klubu qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yola düşür.
Minval.info xəbər verir ki, “ağ-qaralar”ın günün ikinci yarısında qonşu ölkəyə çatacağı gözlənilir.
Dizindən əməliyyat olunan qapıçı Aqil Məmmədov hazırlıq prosesində iştirak etməyəcək. Koronavirusa yoluxmuş Sezar Meza Kolli ilə Tiaqo Bezerra, Afrika Millətlər Kubokunun oyunları üçün Qvineya millisinin düşərgəsində olan Mamadu Kane və karantində olan Xorxe Korrea Türkiyədə kollektivə qoşulacaq.
Qeyd edək ki, “Neftçi” yanvarın 25-dək Antalyada olacaq. Manavqat qəsəbəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq komanda yanvarın 14-də Macarıstanın “Kişvarda”, yanvarın 19-da Polşanın “Visla” (Plotsk) klubu, yanvarın 24-də isə Bolqarıstanın “MOİK 1948” komandası ilə üz-üzə gələcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı