Nazir ermənilərin Şuşadan oğurladıqları xalçaların sərgisini keçirməsinə münasibət bildirib
“İlk növbədə azad edilmiş ərazilərdə talan edilmiş maddi-mədəni obyektlərin siyahısını tutumalı və nə qədər əşya, eksponatların muzeylərdən götürüldüyünü müəyyən etməliyik”.
Report xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında bildirib.
“Bu, əksər hallarda dağıdılmış, talan edilmiş və oğurlanmış əşyaların aqibəti təəssüflər olsun ki, bəlli deyil. Amma bəziləri haqqında məlumatlarımız var. Həmin məlumatları toplayıb beynəlxaq konvensiyalar vasitəsilə iddialarımızı qaldıracağıq. Məqsədimiz bizdən oğurlanmış və Azərbaycan xalqına məxsus olan sənət əsərlərini ölkəmizə qaytarmaqdır. Bu yaxınlarda Ermənistan həyasızcasına öz muzeylərində Şuşadan oğurlanmış xalçaların sərgisini keçirib. Bunu fəxrlə də göstərirlər. Bu cinayətdir və beynəlxalq hüquqa hörmətsizlikdir. Bu barədə UNESCO-ya məlumat verdik. Bu işlər mütəmadi davam edəcək, onları rahat qoymayacağıq. Oğurlanmış mirasımız mütləq bizə qaytarılmalıdır”, – o deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi