Nazir: "Ali təhsillə bağlı bəzi proqramlar əsaslı şəkildə dəyişdirilməlidir"
“Ali təhsil müəssisələrində bəzi proqramlar həqiqətən də əsaslı şəkildə dəyişdirilməlidir”.
Minval.info xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, universitetlərdə tədrislə bağlı məzmunda daim dəyişikliklər olur, ali təhsil proqramları yenilənir və təkmilləşir: “Təbii ki, dövr dəyişdikcə həm yeni ixtisaslar, həm ixtisasların proqramları yaranır, həm də mövcud ixtisasların proqramları təkmilləşir. Düşünürəm ki, bu dəyişikliklərin olması da labüddür. Bəzi proqramlar həqiqətən də əsaslı dəyişikliklərə məruz qalmalıdır. Bu da həmin sahədəki mütəxəssislərin işidir. Təhsil Nazirliyi də ekspert komissiyalarının rəyi əsasında həmin proqramları təsdiq edir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sentyabrda bu bürclər üçün sevgi şansı!
3,1 milyard il əvvəl su vulkanları oyandırdı
Konqoda Ebola təhlükəsi: Yoluxma sürətlə artır
Birinci sinfə gecikənlər üçün qəbul yenidən başlayır
Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı açıqlama
Kolleclərə qəbul: 976 abituriyent uğur qazandı
Məktəblərdə fərdi yanaşma yox, vahid protokol!