Natəvan Bayramovaya yeni VƏZİFƏ VERİLDİ
Dövlət Miqrasiya Xidmətinə (DMX) yeni mətbuat katibi təyin olunub.
Bu barədə DMX-dən məlumat verilib.
Bildirilib ki, bu vəzifə Natəvan Bayramovaya həvalə olunub.
N.Bayramova 2019-cu ildən 2022-ci ilin dekabr ayınadək “Azərbaycan Dəmir Yolları” QSC-də Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, N.Bayramova 2005-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə BDU-nun Jurnalistika fakültəsində magistr dərəcəsi alıb.
Peşə fəaliyyətinə 2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor kimi başlayıb. 13 ilə yaxın müddətdə həmin şirkətdə böyük redaktor, Yayım Şurasının icraçı katibi, Gənclər-elm və təhsil departamentinin direktor müavini işləyib.
Dövlət orqanlarında müxtəlif vəzifələrdə iş təcrübəsinə malikdir.
Fəaliyyəti ilə əlaqadər bir neçə beynəlxalq və yerli mükafatlara layiq görülüb.
Ailəlidir, iki övladı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan dünyanı bu silahlarla heyrətə salacaq - SİYAHI
Azərbaycanda bu şəxslər karantinə alındı
“Diqlas”ın söküntüsü başa çatır
Azərbaycanda yeni nazir TƏYİNATI
Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izləyib - Video
Bakının məşhur bazarı sökülür: yerində bina tikiləcək - FOTO
Siqaret və spirtli içki ilə bağlı gömrük limiti azaldıldı