Melonidən etirazçılara sərt tədbir: 5 ilədək həbs cəzası
İtaliyada son zamanlar baş verən etiraz aksiyalarının zorakılığa çevrilməsi və təhlükəsizlik qüvvələrinin xəsarət alması hökuməti yeni tədbirlər görməyə məcbur edib. Publika.az-ın məlumatına görə, baş nazir Corcia Meloninin rəhbərlik etdiyi hökumət bu istiqamətdə ciddi addımlar atıb.
Yeni qaydalara əsasən, etirazlar zamanı zorakılıq hərəkətlərinə yol verən şəxslər 5 ilədək həbs və 20 min avroya qədər cərimə ilə üzləşə bilərlər. Üstəlik, iştirakçıların üzlərini gizlətməsi və ya insanlara xəsarət yetirilməsi cəzanın daha da ağırlaşdırılmasına səbəb olacaq.
Talan və əmlaka zərər vurma hadisələrində iştirak edən yetkinlik yaşına çatmayanların törətdiyi maddi zərərə görə isə onların ailələri də hüquqi məsuliyyət daşıyacaq.
ƏLAQƏLİ
Makron Fransada yeni etiraz dalğasına qarşı təcili təhlükəsizlik iclası keçirir
Xatırladaq ki, İtaliyada yaşayış xərclərinin artması və təhsil məsələləri ilə bağlı keçirilən etirazlar, xüsusilə Milan şəhərində, zorakı hərəkətlərlə müşayiət olunub. Bu müddət ərzində mağazaların şüşələri sındırılıb, iş yerləri talan edilib və ictimai əmlaka ziyan dəyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kiyev Rusiyanın İHA hücumuna məruz qaldı
Kolumbiyada 7,6 ton kokain ələ keçirildi
Mark Zukerberqin sərvəti təhlükədə: Silikon Vadisindən köçə bilmir
Avropa İttifaqında elektrik avtomobillərinin satışı 73% artıb
ABŞ və İran arasında gərginlik: Tramp danışıqların olmadığını deyir