"Narkotikdən ölənlərin yasına getmirəm" - Aftandil İsrafilov Zahid Sabirabadlıdan danışdı
Əfsanəvi qarmon ifaçısı, xalq artisti Aftandil İsrafilov mərhum klarnet ifaçısı Zahid Sabirabadlıdan danışıb.
Minval.info xəbər verir ki, sənətkar ölkə.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Z.Sabirabadlının mərasimində iştirak etməyib:
“Narkotik maddələrdən kim rəhmətə gedirsə, onun yasına getmirəm. İstər atam olsun, istər qardaşım. Sənət aləmində bu səbəbdən beş nəfər rəhmətə gedib, heç birinin yasına getmirəm. Bilirsiniz niyə? Belə şeylərin tərbiyəvi əhəmiyyəti var. Yəni qələt eləyin, siqaret də çəkməyin. Beş dəfə Amerikada olmuşam, bir dəfə siqaret çəkməmişəm. Sağlamlığa gərək baxasan. İnsanlar sağlamlıqlarının qayğısına qalmırlar. Amma mənim azca canım ağrıyanda gərək özümə baxım”.
A.İsrafilov yaradıcılıq barədə də danışıb: “Yaradıcılıqsız həyat yoxdur. Qarmon ifaçıları məndən soruşurlar. Onlara deyirəm, siz məndən soruşun ki, qarmon necədir. Xalqı sevməlisən, musiqi alətini sevdirməlisən”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi
