14.05.2019 - 22:50
Dünya 1 baxış

Murat Bozdan Əkrəm İmamoğluna 100 minlik dəstək

Türkiyənin məşhur müğənnisi Murat Boz iyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək CHP partiyasının namizədi Əkrəm İmamoğlunun seçki kampaniyası üçün maddi yardım edib.

Minval.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sənətçi CHP üçün öz adından 54 min 566, anasının adından isə 45 min 434 türk lirəsi ayırıb.

CHP-nin ayrı-ayrı şəxslərdən maddi yardım almasının səbəbi isə partiyaların seçki kampaniyasının dövlət xəzinəsindən maliyyələşməməsi ilə bağlıdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: