Trampdan İrana ən sərt xəbərdarlıq: "Hörmüzdə hücum olsa, cavab ağır olacaq"
ABŞ Prezidenti Donald Tramp İranla bağlı indiyədək verdiyi ən sərt bəyanatlardan biri ilə çıxış edib.
Minval.info xəbər verir ki, Tramp İranın Hörmüz boğazında kommersiya gəmilərinə raket, pilotsuz uçuş aparatı və ya digər silahlarla hücum edəcəyi təqdirdə ABŞ-ın sərt hərbi cavab verəcəyini bildirib.
ABŞ liderinin sözlərinə görə, belə bir halda İran ərazisində yerləşən körpülər və enerji infrastrukturuna aid obyektlər hədəfə alınacaq. O qeyd edib ki, cavab zərbələri Tehranın yaxınlığındakı strateji məntəqələri də əhatə edə bilər.
Bu açıqlama Vaşinqton və Tehran arasında gərginliyin artdığı, eyni zamanda Hörmüz boğazında təhlükəsizlik risklərinin yüksəldiyi bir dövrdə səsləndirilib. Trampın bəyanatı ABŞ-ın bölgədə kommersiya gəmiçiliyinə qarşı mümkün hücumlara sərt hərbi strategiya ilə cavab verməyə hazır olduğunu göstərir.
Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin ən mühüm marşrutlarından biri hesab olunur. Ekspertlər bildirirlər ki, burada baş verə biləcək hərbi insident qlobal enerji bazarına və neft qiymətlərinə ciddi təsir göstərə bilər. Onların fikrincə, Trampın son açıqlaması ABŞ və İran arasında qarşıdurmanı daha təhlükəli mərhələyə keçirə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir