Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Yerli mətbuatın yazdığına görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ölkədəki korrupsiya qalmaqalı fonunda Ukraynaya qayıtmaqdan imtina edib.
Musavat.com xəbər verir ki, məlumatlara görə, Umerov qərarını şəxsi qaydada Ukrayna Prezidenti Volodimir Zelenskiyə çatdırıb.
Eyni zamanda, Ukrayna deputatı Aleksey Qonçarenko bildirib ki, Umerov hazırda ABŞ-dadır və onun NABU (Ukrayna Milli Antikorrupsiya Bürosu) və SAP (İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu) işi ilə bağlı Amerika hakimiyyəti ilə danışıqlar aparmağa çalışır.
Xatırladaq ki, Umerov NABU-nun Timur Mindiçin evində axtarış aparandan dərhal sonra Türkiyəyə uçub. İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu daha sonra Umerovun iş üzrə təqsirləndirilən şəxslərdən biri olduğunu təsdiqləyib.
Qonçarenkonun sözlərinə görə, bu məsələləri həll etməyin yeganə yolu istintaqla razılaşmaq və Ukraynadakı digər iştirakçılar barədə ifadə verməkdir.
Deputat həmçinin Umerovun Amerika vətəndaşı olduğunu, ABŞ-da mülk sahibi olduğunu, ailəsinin də orada yaşadığını iddia edir. “Onu Ukrayna ilə birləşdirən yeganə şey Volodimir Zelenskinin xarizmasıdır”, – o qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır