İrana quru əməliyyatı ehtimalı ilə bağlı iddialar güclənir
ABŞ-nin İranın cənub bölgələrinə endirdiyi son zərbələrin hədəfləri yeni müzakirələrə səbəb olub.
Minval.info xəbər verir ki, bəzi hərbi analitiklər hücumların mümkün quru əməliyyatına hazırlıq əlaməti ola biləcəyini istisna etmirlər.
İddialara əsasən, zərbələr əsasən körpülər, tunellər, dəmir yolu xətləri, eləcə də limanlara və hərbi dəniz bazalarına gedən nəqliyyat marşrutlarını hədəf alıb.
Ekspertlərin fikrincə, bu cür hücumlar canlı qüvvənin, hərbi texnikanın və sursatın İranın cənub sahillərinə daşınmasını çətinləşdirə, eyni zamanda mümkün sonrakı hərbi əməliyyatlar üçün əlverişli şərait yarada bilər.
Bununla belə, hazırda ABŞ və ya digər tərəflər tərəfindən İrana qarşı quru əməliyyatının planlaşdırıldığına dair rəsmi təsdiq yoxdur. Mövcud məlumatlar əsasən hərbi analitiklərin qiymətləndirmələri və açıq mənbələrdə yayılan müşahidələrə əsaslanır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini vuracaq – Tehrandan xəbərdarlıq
Ukrayna “Şahed”lərə qarşı yeni silahı sınaqdan KEÇİRDİ
Ağdam sakini Rusiya-Ukrayna müharibəsində həlak oldu
Rusiya ordusu irəliləyir: Ukraynada daha üç yaşayış məntəqəsi ələ keçirildi
Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Ukrayna PUA-larına görə Rusiyada uçuşlar dayandı
Rusiya bir gecədə 57 Ukrayna PUA-sını vurdu