Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Fransada 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun qəbul edilib.
Fransa parlamenti Prezident Emmanuel Makronun dəstəklədiyi qanun layihəsini təsdiqləyib. Bununla da Fransa sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyəti tətbiq edən ilk Avropa İttifaqı ölkəsi olub.
Yeni qaydalara əsasən, sosial media platformaları yaşın təsdiqi sistemini tətbiq etməli olacaq. Sentyabrın 1-dən etibarən 15 yaşdan kiçik şəxslər yeni sosial şəbəkə hesabı yarada bilməyəcəklər.
Bundan əlavə, hazırda fəaliyyət göstərən 15 yaşdan kiçik istifadəçilərə məxsus hesabların dörd ay ərzində bağlanması tələb olunacaq.
Qanun layihəsi əvvəlcə Milli Assambleyada, daha sonra Senatda müzakirə edilib. Hər iki palata mətn üzərində razılığa gəldikdən sonra sənəd yekun səsvermədə 279 lehinə, 81 əleyhinə səslə qəbul olunub.
Prezident Emmanuel Makron sosial şəbəkə hesabında paylaşım edərək verdiyi vədin yerinə yetirildiyini bildirib və qanuna dəstək verən deputatlara təşəkkür edib. O vurğulayıb ki, məqsəd uşaqları rəqəmsal mühitdə yarana biləcək risklərdən qorumaqdır.
Qeyd edək ki, son illərdə Avstraliya, Çin, Braziliya, İndoneziya və Malayziya da uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti tətbiq edən və ya bu istiqamətdə addımlar atan ölkələr sırasındadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı
Masazırda qanunsuz tikinti işləri dayandırıldı
Xark adasında İran tankerinə raket hücumu
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
2027-ci il rekord istilərlə tarixə düşə bilər
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı
Komsomolskaya Pravda Alina Kabayevanın nəzarətində!