ABŞ İranın Larak adasına raket zərbəsi endirib
ABŞ Silahlı Qüvvələri İranın Hörmüz boğazı yaxınlığında yerləşən Larak adasına raket zərbəsi endirib.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, İranın aidiyyəti qurumları ABŞ-nin hansı obyekti hədəfə aldığını və zərbənin vurduğu mümkün ziyanın miqyasını müəyyənləşdirirlər. Eyni zamanda, agentlik ABŞ raketinin qonşu Qeşm adasındakı körpülərdən birinə düşməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Xatırladaq ki, bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı “Şahzadə Həsən” və “Kral Feysəl” aviabazalarına endirilən zərbələrlə bağlı məlumat yaymışdı. SEPAH bəyan etmişdi ki, ABŞ hərbçilərinin “F-15” qırıcılarını, pilotsuz uçuş aparatlarını və helikopterləri döyüş tapşırıqlarına hazırladıqları anqarlar hədəfə alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kölələri əmlak sayan qanun rəsmən ləğv edilir
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Avropa İttifaqı Booking.com-u saxta elanlar və fırıldaqlarla bağlı araşdırır
Ölümsüz meduza yaşlanmanı geri çevirmək ümidini artırır
ABŞ vətəndaşı Stiven Habbard Rusiyada azad edildi
Putin ABŞ xüsusi elçisi Vitkofu Sankt-Peterburqda qəbul etdi
Ahmet Çakarın Azərbaycana girişi qadağan edildi