Qalibafdan sərt mesaj: "İran neft sata bilməsə, bölgədə heç kim sata bilməyəcək"
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin enerji siyasəti ilə bağlı sərt açıqlama verib.
Minval.info xəbər verir ki, o bildirib ki, İrana neft ixrac etməyə imkan verilməsə, bölgədə heç bir dövlət neft ticarətindən gəlir əldə edə bilməyəcək.
Qalibafın sözlərinə görə, İranın neft infrastrukturu hədəfə alınacağı və ya ölkənin ixrac imkanları məhdudlaşdırılacağı təqdirdə bunun nəticələri bütün regiona təsir göstərəcək.
“Əgər bizi neft satmaq imkanından məhrum etsələr, bölgədə heç kim neft ticarətindən qazanc əldə edə bilməyəcək”, – deyə o vurğulayıb.
İran parlamentinin sədri əlavə edib ki, ölkənin infrastrukturuna qarşı təhdidlər davam edərsə, Yaxın Şərqdə heç bir obyektin təhlükəsizliyinə təminat vermək mümkün olmayacaq.
Ekspertlər Qalibafın bu açıqlamasını ilk növbədə Hörmüz boğazına yönəlmiş mesaj kimi qiymətləndirirlər. Dünyada dəniz yolu ilə daşınan neftin təxminən beşdə biri məhz bu strateji su yolu vasitəsilə dünya bazarına çıxarılır.
Tehran daha əvvəl də bəyan edib ki, ölkəyə qarşı genişmiqyaslı hərbi və ya iqtisadi təzyiq göstəriləcəyi halda Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi risk altına düşə bilər. Belə bir ssenari isə Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər və İraq kimi əsas neft ixracatçılarının fəaliyyətinə ciddi təsir göstərə bilər.
Analitiklərin fikrincə, Qalibafın açıqlaması yalnız siyasi mesaj deyil, həm də qlobal enerji bazarına ünvanlanan xəbərdarlıq xarakteri daşıyır. Onlar hesab edirlər ki, Yaxın Şərqdə gərginliyin daha da artması neft qiymətlərində yeni bahalaşma dalğasına səbəb ola bilər.
İran rəsmisi ölkənin enerji sektoruna göstərilən təzyiqin təkcə Tehrana deyil, bütövlükdə dünya iqtisadiyyatına mənfi təsir edəcəyini də bildirib.
Son aylarda İranla Qərb arasında münasibətlərin yenidən kəskinləşdiyi müşahidə olunur. Tehran diplomatik təmasları davam etdirdiyini bəyan etsə də, hərbi və enerji təhlükəsizliyi məsələlərində güzəştə getməyəcəyini nümayiş etdirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Trampdan İrana ən sərt xəbərdarlıq: "Hörmüzdə hücum olsa, cavab ağır olacaq"
İsrailli nazir: Türkiyə ilə hərbi qarşıdurma sabah da baş verə bilər
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar
Moskvadan Bakıya “media atəşkəsi” təklifi