Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
Aktyor Nicat Rəhimov səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Minval.info xəbər verir ki, sənətçi iştirak etdiyi verilişdə obraz naminə qadın geyimində səhnəyə çıxmasına münasibət bildirib.
Rəhimov aktyor peşəsinin tələblərinə uyğun hərəkət etdiyini vurğulayaraq, bu cür rolların onun üçün problem yaratmadığını deyib.
“Bizə yaraşır, geyinirik. Başımıza çox şey gəlir. Aktyoramsa, geyinmişəm, geyinirəm, geyinəcəyəm də. Obraz tələb edirsə, niyə də yox?” – deyə o bildirib.
Veriliş zamanı aktyora “Qadın olsaydınız, ilk nə edərdiniz?” sualı da ünvanlanıb. Nicat Rəhimov isə “İki uşaq dünyaya gətirərdim. Amma uşağa baxmaq çox çətindir. Evdə bunu görürəm” cavabını verib.
Qeyd edək ki, Nicat Rəhimov Ülviyyə xanımla ailəlidir. Cütlüyün Mehriban adlı bir qız övladı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!