"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
TikToker İlduzə Hacıyevanın (“Arzum”) iştirakı ilə baş vermiş ölümlə nəticələnən yol qəzası üzrə tərəflər arasında hələ də rəsmi barışıq əldə olunmayıb. Minval.info xəbər verir ki, bu barədə TikTok-da canlı yayım zamanı Valeh Dadaşov məlumat verib.
Onun sözlərinə görə, qəzada həyatını itirən Amal Məlikovun atası, bacısı və həyat yoldaşı Sənubər Muradova barışığa razılıq versələr də, mərhumun hüquqi varisi olan anası buna razılaşmayıb.
Valeh Dadaşov bildirib ki, hüquqi baxımdan rəsmi barışığın qüvvəyə minməsi üçün məhz ananın razılığı tələb olunur. O qeyd edib ki, istintaq daha iki ay davam edəcək və bu müddət ərzində İlduzə Hacıyeva məhkəmə proseslərində iştirak edəcək.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Xatırladaq ki, hadisə ötən ilin iyun ayında Mərdəkan qəsəbəsində baş verib. İlduzə Hacıyevanın idarə etdiyi “Changan” markalı avtomobil sola dönmə manevri edərkən arxadan gələn “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə idarəetməni itirən “Mercedes” maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza zamanı avtomobilin sürücüsü, 29 yaşlı Amal Məlikov hadisə yerində həyatını itirib, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarətlər alıb.
Cinayət işi üzrə çıxarılan hökmə əsasən, İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş və məhkəmə zalındaca həbs olunmuşdu. Bu gün keçirilən apellyasiya məhkəməsinin qərarı ilə isə o, ev dustaqlığına buraxılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı