Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
İranın xarici işlər naziri Abbas Araqçi ABŞ və İsrailin hücumları zamanı yaşadığı hadisələr barədə açıqlama verib.
Minval.info xəbər verir ki, nazir hücumun baş verdiyi səhər Ali Rəhbər Əli Xameneinin baş katibinin müavini Hicaziyə məlumat verdiyini bildirib.
Araqçinin sözlərinə görə, olduqları bina bir neçə saniyə ərzində ardıcıl üç güclü partlayışla silkələnib.
“Üçüncü partlayışdan sonra tavan, divarlar, hər şey üzərimizə çökdü. Hicazinin əlindən tutdum və dağıntılar arasından irəliləməyə çalışdıq”, – deyə İranın xarici işlər naziri bildirib.
Araqçi qeyd edib ki, hücumun əsas məqsədi ölkənin rəhbər heyətini hədəfə alaraq idarəetməni iflic etmək olub. Onun sözlərinə görə, bu plan baş tutmayıb.
Nazir həmçinin bildirib ki, hücum zamanı onun xidməti avtomobili də vurulub. O, İran Xarici İşlər Nazirliyinin binasına yoldan keçən bir nəfərin köməyi ilə çatdığını söyləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır