Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
Venesuela Prezidenti Nikolas Maduronun tərəfdarları onun işi üzrə keçiriləcək məhkəmə prosesi öncəsi Nyu-Yorkdakı məhkəmə binasının qarşısına toplaşıblar.
Minval.info xəbər verir ki, aksiya iştirakçıları Maduronu dəstəkləyən və ABŞ-ın siyasətini tənqid edən şüarlar, eləcə də “Amerika imperializminə” qarşı yönəlmiş plakatlar nümayiş etdiriblər.
Bildirilib ki, Maduro və həyat yoldaşı Siliya Floreslə bağlı məhkəmə dinləməsi ittiham tərəfinin müraciəti və hakim Alvin Hellerşteynin qərarı ilə iyunun 30-dan etibarən üç həftə müddətinə təxirə salınıb.
Xatırladaq ki, yanvarın 3-də ABŞ hərbi qüvvələri Karakas və ətraf bölgələrdə yerləşən 11 strateji obyektə genişmiqyaslı zərbələr endirib. Məlumata görə, əməliyyat zamanı Nikolas Maduro və həyat yoldaşı Siliya Flores saxlanılaraq Nyu-Yorka aparılıb.
Venesuela mediasının yaydığı məlumata əsasən, həmin əməliyyat nəticəsində 23 Venesuela hərbçisi, 32 Kuba hərbçisi və 2 mülki şəxs olmaqla ümumilikdə 57 nəfər həyatını itirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kölələri əmlak sayan qanun rəsmən ləğv edilir
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Avropa İttifaqı Booking.com-u saxta elanlar və fırıldaqlarla bağlı araşdırır
Ölümsüz meduza yaşlanmanı geri çevirmək ümidini artırır
ABŞ vətəndaşı Stiven Habbard Rusiyada azad edildi
Putin ABŞ xüsusi elçisi Vitkofu Sankt-Peterburqda qəbul etdi
Ahmet Çakarın Azərbaycana girişi qadağan edildi