Sosial mediada məktəb direktorunun müəllimdən dərs saatına görə rüşvət tələb edilməsi ilə bağlı səs yazısı yayılıb. İnsidentin Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən tam orta məktəbinin müəllimi və direktoru arasında baş verdiyi bildirilir.

Minval.info  xəbər verir ki, məktəbin ibtidai sinif müəllimi Vüsalə Məmmədovadan məktəbin direktoru Mətanət Məmmədova onun dərs saatına əlavə olunan hər üç saata görə rüşvət tələb etdiyi deyilir.

İTV-nin əməkdaşları məsələ ilə əlaqədar təhsil ocağına müraciət edib. Cavab verilib ki, direktor səhəti ilə bağlı məktəbə gəlməyib. İbtidai sinif müəlliminin isə evinə yollanan əməkdaşlarımıza müəllimənin prokurorluğa çağırıldığı bildirilib. Hazırda məsələ Təhsil Nazirliyi tərəfindən araşdırılır.

Məsələ ilə bağlı danışan müəllimin qohumu Dilbər Qələndərova isə deyib ki, direktor hər zaman Vüsalə Məmmədovadan pul istəyib.