06.08.2026 - 18:36
Təhsil 119 baxış

Müəllim olmaq istəyənlərin nəzərinə! Vakansiya seçimi üçün vaxt elan olundu

Müəllim olmaq arzusunda olan namizədlərin nəzərinə! Faktiki yaşayış yerinə uyğun həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə start verilir.
Minval.info xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Müsabiqə çərçivəsində vakansiya seçimi 8 avqust saat 11:00-dan etibarən aktiv olacaq. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq uyğun vakansiyaları seçə biləcəklər.
Son tarix: 10 avqust
Vakansiya seçimi prosesi 10 avqust saat 11:00-da yekunlaşacaq. MÜTDA namizədlərə seçimlərində diqqətli olmağı və elektron ərizələrini təsdiqləməyi tövsiyə edir.
Xəbərdarlıq: Seçdiyi vakansiyadan sonradan imtina edən namizədlər müsabiqənin növbəti mərhələlərinə buraxılmayacaqlar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: