16.09.2021 - 12:01
Hadisə
16 baxış
Motosikletlə vurulan qadın xəstəxanada öldü

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Minval.info xəbər verir ki, hadisə ötən gün Biləsuvar şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Fərid Həsənli “Yamaha” markalı motosikletlə hərəkətdə olarkən piyadanı vurub.
Qəzada xəsarət alan şəhərinin Bakı küçəsinin sakini, 59 yaşlı Əhmədova İradə Əjdər qızı xəstəxanaya çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, o, bu gün dünyasını dəyişib.
Qeyd edək ki, motosikletin sürücüsü bu rayonda fəaliyyət göstərən “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC-nin əməkdaşıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
19.09.2026 - 13:26
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
19.09.2026 - 10:45
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
19.09.2026 - 08:39
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
18.09.2026 - 23:33
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
18.09.2026 - 21:20
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
18.09.2026 - 13:03
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
18.09.2026 - 12:07
Deputat Sergey Çepikov 59 yaşında vəfat etdi
18.09.2026 - 10:29