"Moşu" "Bəxt üzüyü 2" filmindən aldığı qonorarı açıqladı

Bu fikirləri “Ölkə.Az”a açıqlamasında xalq artisti Valeh Kərimov “Bəxt üzüyü 2” filminə çəkilməsi ilə bağlı edilən tənqidlərə cavab verərkən səsləndirib. Xalq artisti deyib:
“Fİlmi sevdiklərindən belə ediblər. Müğənnilərə min cür parodiya edirlər. O parodiyaları da sevdiklərindən edirlər də. İstəyiblər ki, o adla yeni fikir desinlər. Dünya ədəbiyyatında, dramaturgiyasında, kino sənətində belə şeylər çoxdur. Bizə çatanda başlayırlar ki, o belə idi, bu belə idi. Axı niyə müqayisə edirik ki?”
V.Kərimov filmdən aldığı qonorarın təxmini məbləğini də açıqlayıb:
“Hərə bir söz uydurur. Deyirlər ki, iyirmi min qonorar almışam. Hardandı onlarda o qədər pul ki, mənə də iyirmi min versinlər? Heç o pulun onda birini də almamışam. Aldığım qonorar min manatdan bir az artıq idi. Heç birinci filmdə aldığım qonorar yadımda deyil. özüm də “Bəxt üzüyü”nə cəmi üç dəfə baxmışam. Pul qalmır e, filmin keyfiyyəti qalır. Bu filmə də kinoteatrda cəmi bir dəfə baxmışam”.
Qeyd edək ki, Afaq Bəşirqızı (Söylü) və Valeh Kərimovun (Moşu) baş rollarını oynadığı “Bəxt üzüyü” filmi 1991-ci ildə Ramiz Əzizbəyli tərəfindən Vaqif Səmədoğlu və Orxan Fikrətoğlunun ssenarisi əsasında çəkilib. “Bəxt üzüyü 2” filmi isə 2018-ci ildə lentə alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
Miri Yusifin konsertinə böyük maraq
Gülüstan Əliyeva səhnəni fəth etdi
“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər
Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
Roza Cəlilova 97 yaşında vəfat etdi