Mixeil Saakaşvilinin vəziyyəti kritik həddə çatıb

Gürcüstanda həbsdə saxlanılan keçmiş prezident Mixeil Saakaşvilinin vəziyyəti ağırlaşıb.
Minval.info-nun məlumatına görə, “Report”un yerli bürosu xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze məlumat verib.
O deyib ki, sabiq dövlət başçısının təcili olaraq xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.
Həkim qeyd edib ki, M.Saakaşvili mənəvi cəhətdən güclü olsa da, fiziki cəhətdən zəifləyib və yeriməkdə çətinlik çəkir.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidəki 12 saylı həbsxanada olan siyasətçi artıq 18-ci gündür aclıq aksiyası keçirir. Oktyabrın 13-də onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün müxtəlif profilli həkimlərdən ibarət qrup yaradılıb. Qrup üzvlərinin bu gün M.Saakaşviliyə baş çəkəcəyi gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır