22.12.2021 - 15:03
İdman 1 baxış

Mixael Şumaxerin oğlu "Ferrari"yə keçib

“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Haas” komandasının pilotu Mik Şumaxer “Ferrari”yə keçib.

Minval.info xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin prezidenti Mattia Binotto yarışın rəsmi saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə, 22 yaşlı sürücü hələlik Antonio Covinatsi ilə birlikdə ehtiyat pilot olacaq: “Mik Şumaxeri komandamızda qarşılamağa şadam. Ümid edirəm ki, mövsüm ərzində əvəzedicilərə ehtiyacımız qalmayacaq. 2022-ci il bolidləri 2021-ci ildəkindən çox fərqli olacaq. M.Şumaxer buna öyrəşməlidir. Ona ehtiyacımız olsa, sükan arxasına keçməyə hazır olmalıdır”.

Qeyd edək ki, Mik Şumaxer 7 qat dünya çempionu Mixael Şumaxerin oğludur. 2022-ci ildə Azərbaycan Qran-prisi 10 – 12 iyunda təşkil olunacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: