Əmisi 10 ildən sonra dünyaya gələn məktəblinin ölümündən danışdı – VİDEO
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Sabunçu rayonu 67 saylı məktəbdə ikinci sinif şagirdi dünyasını dəyişib.
Minval.İnfo xəbər verir ki, hadisə sentyabrın 24-də tənəffüs zamanı yaşanıb. Belə ki, Xəlilov Sabir Adil oğlu tənəffüsdə içərisində sosika olan çörək yeyən zaman boğulmağa başlayıb. Uşağı təcili məktəbin tibb bacısının yanına aparıblar və təcili tibbi yardım çağırılıb.
Təcili yardım gəlsə də azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, uşaq 10 ildən sonra dünyaya gəlib.
Uşağın əmisi Namus Rzaquliyev bildirib ki, onun boğazında anginası var idi və qarşıdakı aylarda əməliyyat olunacaqdı.
Məktəblinin dəfnində məktəb rəhbərliyi ilə yanaşı şagirdlər də iştirak ediblər.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
Sabunçu rayon Polis İdarəsindən 1news.az-a bildiriblər ki, aparılan araşdırma zamanı uşağın dilinin qatlanmasından öldüyü təsbit edilib:
“Dilinin qatlanmasına səbəb isə yüksək temperaturla məktəbə gedən uşaqda qıcolmanın yaranması səbəb ola bilər. Eyni zamanda uşaq yeməkdən də boğula bilər. Bütün bunlar ilkin ehtimallardır. Uşağın ölümünün dəqiq səbəbi aparılan araşdırmalardan sonra bilinəcək”- deyə, idarədən bildiriblər.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
https://www.youtube.com/watch?v=41u3yPzIdYQ
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı