Mingəçevirdə şənlik mərasimində karantin qaydaları pozuldu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
AQTA-dan Minval.info-ya verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən “Zümrüd” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Su kanaldan qadın meyiti tapıldı - Tanınmaz hala düşüb
Bakıda 43 yaşlı qadını avtomobil vurub
Bulvarda film kimi hadisə: Sədr gənci ölümdən qurtardı - VİDEO
Azərbaycanda kişini alçaltmaq üçün qadın paltarı geyindirdilər - Təfərrüat
Kişi bilmədən həyat yoldaşını öldürdü - Azərbaycanda
Azərbaycanlı həkim İstanbulda koronavirusdan vəfat etdi