Mingəçevirdə dörd yaşlı uşaq xəstəxanada ölüb
Mingəçevirdə 4 yaşlı qız xəstəxanada ölüb.
“Minval.info” xəbər verir ki, Mingəçevir şəhər prokurorluğundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 16-da şəhər sakini 2017-ci il təvəllüdlü Mehdiyeva Ruqiyyə Orxan qızının nəfəs çatışmazlığı nəticəsində Mingəçevir şəhər xəstəxanasında ölməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Meyitin xarici müayinəsi zamanı mərhumun bədəni üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Ruqiyyə Mehdiyevanın ölümünün səbəbini dəqiqləşdirmək məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib.
Qeyd olunub ki, araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
17 yaşlı qız 19 gündür tapılmır - Foto
Ağdaşda 17 yaşlı qızı zorla qaçıran 2 oğlan həbs edilib
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
1 manat "çay" pulu üstündə 7 nəfər tərəfindən döyüldü
Bakıda kişi 10 gün əvvəl evlənmək məqsədilə qaçırdığı xanımı ölümcül döydü
Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü
Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexi yandı - VİDEO