Mingəçevirdə 4 otaqlı evdə partlayış baş verib, xəsarət alanlar var
Mingəçevirdə yanğın qeydə alınıb.
Minval.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mingəçevir şəhərində ümumi sahəsi 105 m² olan birmərtəbəli 4 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Partlayış dalğasının təsirindən evin bir tərəfinin daşıyıcı divarı uçmuşdur. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən 2 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır