"Milliön”ün işçisi terminallardan 122 min manat oğurladı - FOTOLAR
Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 1985-ci ildə Gürcüstan Respublikasında anadan olan, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsində yaşayan, ali təhsilli Əlixanov İlqar Novruz oğlu müəyyən olunaraq tutulub.
Minval.info xəbər verir ki, bu barədə report-a BŞBPİ-dən məlumat verilib.
İdarəyə daxil olan əməliyyat məlumatı əsasında müəyyən olunub ki, müvafiq olaraq işlədiyi şirkətin inkasatr vəzifəsində çalışan İ.Əlixanov paytaxtın və respublikanın müxtəlif rayon və şəhərlərində olan “Milliön” ödəmə terminallarından ayırı-ayırı vaxtlarda gizli yolla 122 min 742 manat və 1200 ABŞ dollarını talayıb.
İctimai təhülükəli əməldə şübhəli bilinən şəxs ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onun yaşadağı evinə baxış zamanı müxtəlif vaxtlarda taladığı 42 min 145 manat və 9 min 400 ABŞ dollar aşkarlanaraq maddi subut kimi götürülüb.
Eləcə də onun ictimai təhlükəli əməldə istifadə etdiyi alətlər, müxtəlif təyinatlı geyimlər aşkarlanıb. Müəyyən olunub ki, o, ödəmə terminallarına məxsus açarlarını sürətini çıxamaqla, kustar üsulla hazırladığı yivlərlə 43 epizod üzrə ayrı-ayrı ünvanlarda bu əməlləri törədib.








Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır