Millət vəkili: "Qısa və gödək geyinmək üçün "lisenziya" lazımdır?"

Minval.İnfo xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmov deyib.
“Kimsə şortik geyindi, kimsə gödək geyindi və sair, bunun kimə nə dəxli var? Kimsə kimdənsə buna görə icazəmi, “lisenziyamı” almalıdır? Hər kəs bu məsələdə azaddır”-deyən millət vəkili bununla yanaşı, Azərbaycan xalqının öz adət-ənənələrinin, milli dəyərlərinin olduğunu və bunların da diqqətə alınmasının vacibliyini sözlərinə əlavə edib.
“Biz bu məqamları da unutmamalıyıq, hər zaman geymimizə, davranışlarımıza ciddi diqqət yetirməliyik. Başqalarını ittiham etmək, aşağılamaq yerinə, özümüz nümunə olmalıyıq.
Bəzən belə ifadələr, “təkliflər” səslənir ki, bəlkə bizdə də bəzi ölkələrdə olduğu kimi, əxlaq polisi yaradılsın. Bu, çox yanlış və çox zərərli bir düşüncədir. Biz məgər o günəmi qalmışıq ki, başımızın üstündə bir əxlaq polisi dayansın? Onda biz kim, nə olarıq? Bizim dəyərlərimiz, əxlaq tərzimiz nə olar? Bununla bütün dəyərlərimizin üstündən bir andaca xətt çəkmiş olmarıqmı? Hesab edirəm ki, belə bir məsələ ola bilməz. Biz özümüz özümüzü tənzimləməli, özümüz özümüzə qiymət verməyi bacarmalıyıq. Başqa bir düşüncə ola bilməz”-deyə, yazıçı sözlərinə əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi