Bakıda yanğın faciəsi: İttiham aktı elan edildi
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində üç nəfərin həyatını itirməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam edir. “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayevin təqsirləndirildiyi iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı tərəfindən ittiham aktı elan olunub.
Minval.info xəbər verir ki, ittihama əsasən, Bəhruz Paşayev Yasamal rayonunda yerləşən binanın zirzəmisində icarəyə götürdüyü qeyri-yaşayış sahəsində yanğın təhlükəsizliyi qaydalarını pozaraq “iVolt” brendi altında elektromobillər üçün şarj stansiyaları quraşdırıb. Bu zaman “Azərişıq” ASC və Energetika Nazirliyinin müvafiq icazələri olmadan qanunsuz elektrik xətləri çəkdirilib. 2025-ci il noyabrın 21-də həmin xətlərdə qısaqapanma baş verib və yanğın nəticəsində üç nəfər – Arzu Qəmbərli, Samir Məmmədov və Könül Hümbətova həyatlarını itiriblər.
Yanğın zamanı 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və binanın infrastrukturu ciddi ziyan görüb. Ümumilikdə, vətəndaşlara və əmlak sahiblərinə 419 382 manat məbləğində maddi ziyan dəyib. Bəhruz Paşayev özünü təqsirli bilib və zərərçəkənlərdən üzr istəyib. Növbəti məhkəmə iclası oktyabrın 7-nə təyin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir