Azərbaycanda ətin qiymətinə subsidiya dəstəyi!
Azərbaycanda ətin qiymətinin ucuzlaşması ilə bağlı yeni addımlar atılır. Aqrar Subsidiya Şurasının xırdabuynuzlu heyvandarlığa subsidiya ayrılması ilə bağlı qərarı fermerlər üçün əlavə iqtisadi stimul yarada bilər. Bu qərar, yalnız heyvan sayının artırılmasını deyil, həm də örüş və otlaq sahələrindən səmərəli istifadənin təşviqini nəzərdə tutur.
Minval.info xəbər verir ki, AQC İdarə Heyətinin sədri Vüqar Oruc, 500 və daha çox xırdabuynuzlu heyvanı olan və ən azı 100 hektar örüş və ya otlaq sahəsindən istifadə edən təsərrüfatlara hər heyvana görə 4 manat subsidiya verilməsinin fermerlərin marağını artıra biləcəyini bildirib. O, subsidiyanın verilməsində EKTİS və süni intellekt vasitəsilə monitorinqin tətbiqinin də mühüm addım olduğunu vurğulayıb.
Vüqar Oruc qeyd edib ki, yeni mexanizmin düzgün tətbiqi xırdabuynuzlu heyvandarlığın inkişafı ilə yanaşı, ölkənin yem bazasının gücləndirilməsinə və örüş-otlaq sahələrinin qorunmasına da təsir göstərə bilər. “Əsas məsələ 4 manatlıq subsidiyanın özü deyil, torpaqdan düzgün və səmərəli istifadənin iqtisadi baxımdan stimullaşdırılmasıdır. Bu yanaşma davamlı tətbiq olunarsa, subsidiya aqrar sektorun inkişafına xidmət edən real iqtisadi mexanizmə çevrilə bilər”, – deyə o bildirib.
ƏLAQƏLİ
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək