Mikroavtobus qəzaya düşdü, yaralananlar var
Tovuz rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb.
“Report”un Qərb bürosunun məlumatına görə, Ağstafa rayonunun Qırılı kənd sakini, 21 yaşlı Elşən Abbasovun idarə etdiyi “Ford” markalı mikroavtobus şəhərin Heydər Əliyev prospektində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı daş hasara çırpılıb.
Hadisə nəticəsində sürücü E.Abbasov və mikroavtobusda olan sərnişin Tovuz rayonunun Bozalqanlı kənd sakini, 17 yaşlı Aydan Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücüyə ambulator yardım göstərilib A.Mirzəyeva isə xəstəxanaya aparılıb.
Qəza səbəbindən prospektdə bir müddət tıxac yaranıb. Hadisə yerinə gələn, Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının hadisə yerinə baxış keçirməsindən sonra qəzaya düşən avtomobil yoldan çıxarılıb. Budan sonra avtomobillərin hərəkəti bərpa edilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır