Metroya daxil olmağa çalışan koronavirus xəstələri aşkarlanıb

Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda kütləvi yoxlama tədbirləri davam etdirilir.
DİN-nin mətbuat xidmətindən “MINVAL.INFO”a verilən məlumata görə, xidməti formada və mülki geyimdə keçirilən tədbirlərlə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslərin profilaktikası, eləcə də aktiv koronavirus xəstələri üzərində nəzarət daha gücləndirilib.
Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən metronun “20 Yanvar” və “Qara Qarayev” stansiyalarına daxil olmağa çalışan 2 nəfər aktiv koronavirus xəstəsi – 1979-cü il təvəllüdlü Elşən Hüseynov, 2003-cü il təvəllüdlü Nurlan Hümbətov müəyyən olunaraq, aidiyyəti üzrə təhvil verilməklə, müalicə təyin olunan ünvana yerləşdilib.
Xəstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmlar davam etdilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır