Metroda cibgirlik edən şəxs tutuldu
Dekabrın 27-də Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın üç gün əvvəl metronun “Gənclik” stansiyasının platformasında cibindən “Samsung” markalı mobil telefonunun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs metronun “Elmlər Akademiyası” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Hafiz Hüseynov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır