Mertsin reytinqi rekord səviyyədə enib
Almaniyada keçirilən son sosioloji sorğunun nəticələrinə əsasən, sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası seçicilər arasında ən çox dəstək qazanan partiya olub. AfD-nin rəyi soruşulanların 27%-nin rəğbətini qazanması partiyanın ölkədəki mövqeyini daha da gücləndirib.
Minval.info xəbər verir ki, sorğunun nəticələrinə görə, Xristian-Demokrat və Xristian-Sosial İttifaqı (CDU/CSU) bloku 20% dəstəklə ikinci yerdə qərarlaşıb. “Yaşıllar” partiyası isə 18% dəstəklə üçüncü sırada yer alıb. Solçular Partiyası və Almaniya Sosial-Demokrat Partiyasının (SPD) hər birinə respondentlərin 12%-i səs verməyə hazır olduğunu bildirib.
Ölkə vətəndaşlarının Kansler Fridrix Mertsin fəaliyyətindən narazılığı isə rekord həddə çatıb. Hökumət rəhbərinin işini müsbət qiymətləndirənlərin nisbəti cəmi 10% təşkil edib ki, bu da “Forsa” tərəfindən indiyədək qeydə alınan ən aşağı göstəricidir. Respondentlərin 88%-i Mertsin fəaliyyətindən narazı olduğunu bildirib, qalanları isə qərar verməkdə çətinlik çəkib.
Sentyabrın 8-dən 14-dək keçirilən sorğuda 2 min 502 nəfər iştirak edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Donald Trampın WSJ-yə qarşı iddiası yenidən rədd edildi
Türkiyədə “Yüz vilayət, 1000 rayon” layihəsi reallaşacaq?
Netanyahunun oğlu İsraildəki ərəb partilərini tənqid etdi
Gürcüstan və Azərbaycan sərhədin delimitasiyasını sürətləndirmək istəyir
Ərdoğan: Türk dünyasının ailə fotoşəkilində ayrılığa yer yoxdur
Paşinyan istefa üçün şərtini açıqladı
Mahmud Abbasın Yunan Kiprinə səfəri: siyasi əlaqələrdə yeni dönüş