Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırılıb
Bloqer Mehman Hüseynovun yayımladığı videoda özünü polis kimi təqdim edərək insanlara hədə-qorxu gəldiyi bildirilən şəxslə bağlı araşdırmalar aparılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, aparılan araşdırmalar nəticəsində həmin şəxsin paytaxt sakini, 42 yaşlı Elxan Tağıyev olduğu müəyyən edilib.
O, Nərimanov Rayon Polis İdarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılaraq sərbəst buraxılıb: “Həmin şəxs polis əməkdaşı deyil, ümumiyyətlə əvvəllər də polis orqanlarında xidmət etməyib. Elxan Tağıyev mübahisə zamanı işlətdiyi kobud ifadələrə görə peşiman olduğunu bildirməklə, üzrxahlıq edib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır