Medvedev İlham Əliyevə məktub göndərdi
Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Minval.info xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Rusiya Federasiyası Hökuməti adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizin inamlı qələbəniz Azərbaycanın dinamik sosial-iqtisadi inkişafına, beynəlxalq arenada nüfuzunun artmasına yönəlmiş kursunuza vətəndaşların geniş dəstəyinin və etibarının sübutudur.
Dostluq, mehriban qonşuluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə verdiyiniz əhəmiyyətli töhfəni xüsusilə qeyd etmək istərdim. Əminəm ki, ikitərəfli əməkdaşlığın bundan sonra da hərtərəfli genişləndirilməsi, müxtəlif sahələrdə birgə perspektiv layihələrin həyata keçirilməsi Rusiya və Azərbaycanın uzunmüddətli maraqlarına tam şəkildə cavab verir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və ali dövləti vəzifənizdə yeni uğurlar arzulayıram”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Suriya ilə təhlükəsiz əraziyə Türkiyə nəzarət etməlidir"
Putinin Azərbaycana işgüzar səfəri başa çatdı
Prezident sərəncam imzalayıb
İranın yeni prezidenti Paşinyanla görüşdü
Əməliyyatçılar Saakaşvilini saçlarından sürüdülər – VİDEO
Aşqabad görüşü - Azərbaycan-İran münasibətlərində yeni mərhələ
ABŞ avtoritarizmə meyllənə bilər: Tramp Ağ Evi “özəlləşdirməyə” hazırlaşır