MEDİA-da “Əl Cəzirə” rəsmisi ilə görüş

Medianın İnkişafı Agentliyində Azərbaycanda səfərdə olan “Əl-Cəzirə” Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin direktoru Sami Əl–Hacc ilə görüş keçirilib.
“Minval.info” xəbər verir ki, görüşdə Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qonağa qurumun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
O, Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzivə Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Əl Cəzirə Media Şəbəkəsinin Azərbaycan Media nümayəndələri üçün “Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda keçirilən təlim proqramının əhəmiyyətini qeyd edib.
“Əl-Cəzirə” Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin direktoru Sami Əl – Hacc isə əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasına xüsusi önəm verdiyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda “Birgə Rənglənən Tarix” adlı sərgi açılıb
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol