“Mavi balina” oynayan yeniyetmə intihar etdi
Tovuz rayonunun Əlimərdanlı kəndində yeniyetmə intihar edib.
Oxu.Az hadisənin təfərrüatı ilə bağlı kənd bələdiyyəsinin sədri Şirin Əhmədovla əlaqə saxlayıb.
Ş.Əhmədov bildirib ki, mərhum intihara meyilli olmayıb:
“Atası deyir ki, oğlu son zamanlar telefona yüklədiyi oyunla (“Mavi balina”) çox oynayıb.
Onun fikrincə, mərhum oyuna görə özünü öldürüb. Ailəsi problemsiz ailədir. Ailədə iki uşaq olublar. Heydər Yusifov bu il səkkizinci sinfi bitirib. Onun cəsədini anası həyətlərindən tapılıb”.
Qeyd edək ki, Tovuz rayonunun Əlimərdanlı kənd sakini 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İranın raket hücumu: ABŞ bazasında ziyan var
Ermənistan Aİİ-dən çıxarılır? İrəvanın çətin seçimi
ABŞ-İran qarşıdurması bitə bilər: SEPAH-dan şərtlər
Ermənistan ordusu NATO salamını mənimsəyir
Harri və Meqan yenidən ABŞ-yə dönə bilər!
İranda dolların məzənnəsi rekord həddə çatdı
Kreml Rusiya-ABŞ-Ukrayna danışıqlarına ümid edir