10.09.2026 - 14:04
Maqazin 13 baxış

Xalq artisti Aleksandr Şarovski vəfat etdi

Azərbaycanın Xalq Artisti, rejissor və aktyor Aleksandr Şarovski 78 yaşında dünyasını dəyişib. O, uzun müddət xəstəliklə mübarizə aparırdı və son günlərini Mərkəzi Klinik Xəstəxananın reanimasiya və intensiv terapiya şöbəsində keçirdi.

Minval.info xəbər verir ki, Aleksandr Şarovski 10 fevral 1948-ci ildə Bakıda anadan olub. O, 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətinə başlayıb. 1976-cı ildə isə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına keçib və burada uzun illər çalışıb. 1993-cü ilin fevral ayından etibarən teatrın baş rejissoru vəzifəsini icra edib.

Şarovski teatr səhnəsində 50-dən çox rol ifa edib, kinoda çəkilib və 50-dən artıq tamaşa səhnələşdirib. Onun məşhur tamaşaları arasında “Yay və tüstü”, “Körpüdən görünüş”, “Filumena Marturano”, “Son cəhd”, “Əziz Pamela”, “Salam, mən sizin əminizəm!” və digər əsərlər yer alır.

1998-ci ildə Aleksandr Şarovski Azərbaycanın Xalq Artisti fəxri adına layiq görülüb. O, ölkənin teatr sənətinin inkişafına verdiyi töhfələrə görə “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: