Şəkidə faciə: İstirahət mərkəzi sahibinin sirri
Şəki yaylası istirahət mərkəzində baş verən faciəvi hadisə nəticəsində iki nəfər həyatını itirib. Bu hadisə ilə əlaqədar olaraq, mərkəzin sahibi Məhərrəm Novruzovun kimliyi və fəaliyyəti diqqət mərkəzinə gəlib.
Minval.info xəbər verir ki, Məhərrəm Novruzov, daha çox ‘Hacı Məhərrəm’ kimi tanınan iş adamıdır və Azərbaycanda tikinti, turizm, istirahət və idman sahələrində bir sıra layihələrlə tanınır. O, Masazır qəsəbəsində yerləşən ‘Qurtuluş-93’ yaşayış kompleksinin və Novxanıda fəaliyyət göstərən ‘My Beach’ istirahət mərkəzinin sahibidir.
Novruzovun adı həmçinin ‘Şən Yuva’ uşaq əyləncə mərkəzi, ‘Qurtuluş-93’ parkı, hazırlıq kursları, klinika, ‘Yeni Saray’ şadlıq sarayı və ‘New City’ oteli ilə də əlaqələndirilir. Bu ərazilərdə müxtəlif ticarət obyektləri, restoranlar və idman zalları fəaliyyət göstərir.
Məhərrəm Novruzovun ailə üzvləri də müxtəlif yol-nəqliyyat hadisələrində adı hallanıb. 2021-ci ildə baş verən bir hadisədə onun həyat yoldaşı Gülnar Hüseynovanın idarə etdiyi avtomobil bir neçə maşına çırpılıb və nəticədə üç nəfər xəsarət alıb. Digər bir hadisədə isə kürəkəni Elşad Kəlbəliyevin idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində dörd nəfər həyatını itirib.
2024-cü ildə Məhərrəm Novruzovun yaşıllıqları məhv etməsi və çoxillik ağacları kəsməsi ilə bağlı cərimə protokolu tərtib edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Siyəzəndə məktəbli motosiklet qəzasında həyatını itirdi
6 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarıldı
Bakıda idman zalında faciəvi ölüm hadisəsi
Rusiyada ayı ovçunu öldürdü: təhlükəli vəziyyət davam edir
İspaniyada baş verən dəhşətli qatar qəzasının səbəbi açıqlandı
Bağça direktorunun azyaşlıya zorakılığı iddia edilir
Bakıda faciəvi hadisədən sonra məktəbə psixoloqlar göndərilib