10.09.2026 - 13:22
Kriminal 14 baxış

Həkimlərə saxta sənəd ittihamı: Məhkəmə işi başladı

Saxta tibbi sənədlər əsasında müavinətlərin ödənilməsini təşkil etməkdə ittiham olunan şəxslərin cinayət işi üzrə istintaq tamamlanıb.

Minval.info xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq nəticəsində “Seymur-M” MMC-nin təsisçisi və direktoru, eyni zamanda “General Hospital” klinikasının baş həkimi Rüstəm Mikayılov və Bakı şəhəri 42 nömrəli şəhər poliklinikasında sahə həkimi işləmiş Səmayə Əşrəfovanın qanunsuz əməlləri ilə bağlı cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaqla müəyyən edilib ki, Rüstəm Mikayılov və Səmayə Əşrəfova 2017-2024-cü illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, müraciət edən şəxslərdən rüşvət alıb, onları müvafiq müayinələrdən keçirmədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə saxta tibbi sənədlər təqdim ediblər. Bu sənədlər əsasında müavinətlərin ödənilməsi və Rüstəm Mikayılov tərəfindən rüşvət qismində alınmış vəsaitlərin leqallaşdırılması ilə bağlı əsaslı şübhələr mövcuddur.

Toplanmış sübutlar əsasında Rüstəm Mikayılov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunub və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Eyni zamanda, “Seymur-M” MMC barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanıb və Rüstəm Mikayılovun əmlakı üzərinə həbs qoyulub.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və digər şəxslərlə bağlı istintaq davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: