10.09.2026 - 13:57
Ölkə 13 baxış

Gəncədə qardaş və bacı bıçaqlandı: Saxlanılan var

Gəncədə baş verən bıçaqlanma hadisəsi nəticəsində qardaş və bacı yaralanıb. Hadisə Gəncə qapısının yaxınlığında qeydə alınıb. Daşkəsən rayon sakini, 1993-cü il təvəllüdlü E.Əsgərov qarnından aldığı kəsici-deşici yara ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub və hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Minval.info xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı İ.Əliyev saxlanılıb. Məlumata görə, İ.Əliyev əvvəlcə 33 yaşlı E.Əsgərovu, daha sonra isə bacısı, 1987-ci il təvəllüdlü S.Abbasovanı bıçaqlayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: