Maşın vuran süpürgəçi xəstəxanada dünyasını dəyişdi
Bakıda avtomobil qəzasında ağır xəsarət alan süpürgəçi dünyasını dəyişib.
Unikal.org-un əldə etdiyi məlumata görə, dünən 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı yerləşdirildiyi 3 saylı şəhər klinik xəstəxanasında ölüb.
Xəstəxanadan bildiriblər ki, dünyasını dəyişən şəxsin vəziyyəti çox ağır olub. Mərhum müştərək travma, döş qəfəsinin küt travması və digər ağır xəsarətlərlə reanimasiyaya yerləşdirilib. Onun qaraciyər yarası və diofraqması tikilib, hər iki plevra boşluğuna drenaj qoyulub. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə dünən səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində “Bağırov” körpüsünün yaxınlığında baş verib. Ərazidə təmizlik işləri aparan süpürgəçi qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır