Masallıda mal-qara oğruları saxlanılıb

Masallıda mal-qara oğurlayan şəxslər saxlanılıb
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Minval.info-ya verilən məlumata görə, Masallı rayon sakini E.Həsənova məxsus 10 baş qoyunun oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin heyvanları rayonun Mahmudavar kənd sakini, əvvəllər məhkum olunmuş Elgün İsgəndərovun oğurladığı müəyyən edilib. Oğurlanan 10 baş qoyun aşkarlanaraq sahibinə qaytarılıb. Polis əməkdaşları tərəfindən E.İsgəndərovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun tanışları İ.Əskərov və C.Allahverdiyevlə birlikdə Masallı rayonunun Çayqıraq kəndi ərazisindəki otlaq sahəsindən bir baş inək oğurladıqları da müəyyən olunub.
Faktlarla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanıldı - VİDEO
"BakuBus" sürücü ilə sərnişin arasındakı insidentə görə üzr istədi
Canlı yayımda Sedat Pekerə söyüş söydü - Evində GÜLLƏLƏNDİ
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı