Masallıda dəhşətli qəza - Ölən və yaralananlar var - FOTO
Masallı rayonunda zəncirvari yol qəzası baş verib.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, hadisə Ələt -Astara magistralının Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini, 1973-cü il təvəllüdlü Məlik Bəylər oğlu Məlikovun idarə etdiyi avtomobil Biləsuvar rayon sakini, 1954-cü il təvəllüdlü Rafik Süleyman oğlu İsmayılovun idarə etdiyi və Biləsuvar-Astara marşrutu üzrə hərəkət edən mikroavtobusla və Cəlilabad rayon sakini, 1949-cu il təvəllüdlü Adışirin Aslan oğlu Ağayevin idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə sonuncusu hadisə yerində ölüb.
Digər sürücülər və mikroavtobusda olan Masallı rayon sakini, 1961-ci il təvəllüdlü Mətanət Hüseynbala qızı Əliyeva, Cəlilabad rayon sakini, 1987-ci il təvəllüdlü Ruslan Əlifağa oğlu Nuruşov və Biləsuvar rayon sakini, 1987-ci il təvəllüdlü Kənan Fizuli oğlu Həsənzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır