Masallıda arvadını bıçaqlayan şəxs tutulub

Prokurorluq Masallı rayonunda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
Rayon prokurorluğundan “Minval.info”a daxil olan məlumatda deyilir:
“Avqustun 28-i saat 10 radələrində 1991-ci il təvəllüdlü Elza Ağayevanın Masallı rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Ariz Ağayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elza Ağayevaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Ariz Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır