Masallı sakini saxta 100 manatlıq əsginasla benzin doldurmaq istədi
Masallı Rayon Polis Şöbəsinə rayon ərazisindəki yanacaqdoldurma məntəqələrinin birindən daxil olmuş müraciətdə “VAZ-21063” markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində 1 ədəd 100 manatlıq əsginas təqdim etməsi, sonradan həmin pulun saxta olduğunun aşkar edilməsi bildirilib.
DİN mətbuat xidmətindən verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə cinayət işi başlanılıb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulu təqdim etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ruslan Əsədullayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
