Tutulan şəxs: "Heç bir ataya övladları qarşısında bu vəziyyətə düşməyi arzulamıram" - VİDEO
İsmayılı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şüphəli bilinən rayonun Qalıncaq kənd sakini Məzahir Əzimov saxlanılıb.
Onun yaşadığı yerə baxış keçirərkən evindən və həyətyanı sahəsindən ümumi çəkisi 1 kq, 480 q olan marixuana aşkar edilərək götürülüb.
Məzahir Əzimov – saxlanılan şəxs: “Əməlimdən peşmanam. Heç bir ataya övladları qarşısında bu vəziyyətə düşməyi arzulamıram. Hamıya halal çörəyini qazanıb ailəsinə baxmağı arzulayıram”.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
https://youtu.be/xggVl6ErFXE
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır