Manaf Ağayev: "Ən sevdiyim nəqliyyat növü metrodur, anam-bacım da istifadə edir"

“O sözləri dediyimi sübut eləsinlər, bütün Azərbaycan xalqından üzr istəyəcəyəm”.
Bunu “MİNVAL.İNFO”a açıqlamasında müğənni Manaf Ağayev deyib.
O bildirib ki, həmin məsələ ətrafında çıxışını 4 il əvvəl prodüser, aparıcı Tarix Əliyevin (Tolik) “Hər şey daxil” verilişində iştirak edərkən deyib: “Tolikin verilişində olanda demişdim ki, müğənni toy geyimində metrodan istifadə etmək əvəzinə taksi ilə getsin. Yəni burada toxunmaq istədiyim məsələ tamam başqa idi. Üstündən illər ötəndən sonra sözlərimi müxtəlif yerlərə yozurlar”.
Müğənni qeyd edib ki, onun digər ailə üzvləri də metrodan istifadə edir: “Mənim anam, bacım, qardaşım hər gün metrodan istifadə edir. Mən ağsaqqal adamam, dəli deyiləm ki, belə ifadə işlədim. Özümün də ən sevdiyim nəqliyyat növü metrodur. Cavanlığımda hər gün metrodan istifadə edirdim. Bunları da heç vaxt danmamışam”.
M.Ağayev mətbuatdan şikayətlənib: “O qədər yaxşı işlərim var. Qarabağ müharibəsində orduya 30 min manat yardım etmişəm, qaziyə maşın almışam, pandemiya dövründə xeyriyyə işlərində fəal iştirak etmişəm. Niyə bunlardan danışan yoxdur?! Əslində, məqsədim etdiklərimi demək deyil, sadəcə yazılanlardan dəhşətə gəlirəm. Bəzi media qurumları və nümayəndələri ancaq qarayaxma ilə məşğul olurlar”.
Qeyd edək ki, M.Ağayevin metrodan istifadə edənləri təhqir etməsi barədə məlumatlar yayılıb. İddialara görə, o deyib: “Müğəninin metrodan istifadə etməsi doğru deyil. Deməzlər ki, bu nə gündədir ki, metro ilə gedir? Mən özümə o sözü dedizdirmərəm. Metro bizlər üçün deyil”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
Miri Yusifin konsertinə böyük maraq
Gülüstan Əliyeva səhnəni fəth etdi
“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər
Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
Roza Cəlilova 97 yaşında vəfat etdi